Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:16

«Seçkilər bu ayın axırına qədər elan olunacaq»


M.Pənahov E.Namazovun iddiasına münasibət bildirməyib

M.Pənahov E.Namazovun iddiasına münasibət bildirməyib

«Seçkilər bu ayın axırına qədər elan olunacaq». Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.


O deyib ki, kampaniyaya elan verildikdən sonra beynəlxalq təşkilatlara prosesi izləmək üçün dəvət göndəriləcək:


«Beynəlxalq müşahidəçilərin dəvəti qanunla tənzimlənir. Bütün ölkələrin MKS-larını və seçkilərlə məşğul olan qurumların hamısını dəvət edəcəyik».


Bununla yanaşı, MSK rəhbəri beynəlxalq qurumları Azərbaycandakı seçkiləri «öz inhisarında hiss etməməyə» çağırıb:


«Heç kəs düşünməsin ki, onların fikirləri nə cürdürsə, elə olmalıdır. Bu, beynəlxalq qurumlara da aiddir, bizə də».


Bir müddət əvvəl «Azərbaycan Naminə» İctimai Forumun rəhbəri, prezidentliyə namizəd Eldar Namazov MSK-nıməhkəməyə verib. İddia seçki qanunvericiliyinin pozulması ilə əlaqədardır. Belə ki, qanunvericiliyə əsasən, MSK prezident seçkisinə iyunun 17-də start verməli idi. Çünki kampaniya müddətinin azaldılması barədə qanuna dəyişikliklər ondan bir həftə sonra qüvvəyə minib.


M.Pənahov iddiaya münasibət bildirməyib.


MSK sədri onu da deyib ki, builki seçki kampaniyasında təşviqat materiallarının yayımına xüsusi nəzarət yetiriləcək. Belə ki, əvvəlki seçkilərdə Bakının binaları eybəcər vəziyyətə salınıb. Buna görə də qanuna edilmiş dəyişikliklərə görə, plakatlar yalnız xüsusi ayrılmış yerlərdə asılmalıdır:


«İndi bunun üçün lövhələr hazırlanır və məntəqələrə paylanacaq».


Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.


XS
SM
MD
LG