Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:47

«Leysan Qusar və Xaçmazda kəndləri viran qoydu»


İntensiv yağışlar ciddi fəsadlar törədib

İntensiv yağışlar ciddi fəsadlar törədib

«Bizim yol» qəzetindəki «Leysan Qusar və Xaçmazda kəndləri viran qoydu» başlıqlı məqalədə deyilir ki, iyulun 7-i axşam saatlarından başlayaraq yağan intensiv yağışlar ciddi fəsadlar törədib: «Alpan çayının daşması nəticəsində Qusarkənddə çayın iki sahilini birləşdirən körpü uçub. Nəticədə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bundan başqa, beş kəndi rayon mərkəzi ilə bağlayan yol işləmir. Rayonun bir kəndini su basıb».


Qəzet yazır ki, Xaçmaz rayonunda da fəsadlar qeydə alınıb. Belə ki, rayonun bir kəndini su basıb. Hacı Qurbanabad kəndindəki qadınlar, uşaqlar və yaşlılar evakuasiya edilib. Sel çayın üzərindəki piyada keçidini də yuyub aparıb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, sel nəticəsində insan tələfatı barədə məlumat yoxdur».


«Yeni Müsavat» qəzetindəki «Az.TV-də ev qiyamı» başlıqlı məqalədə bildirilir ki, telekanalın əməkdaşları rəhbərlikdən mənzil tələb edir: «Lider» və ATV telekanallarının öz əməkdaşlarına mənzil hədiyyə etməsi Azərbaycan Dövlət Televiziyasının (Az.TV) əməkdaşlarını da dilə gətirib. Məlumatlı mənbənin «Bizim söz» portalına verdiyi məlumata görə, artıq bir neçə həftədir dövlət televiziyasının əməkdaşları, xüsusilə də Az.TV-də illərdir çalışan operatorlar mövcud vəziyyətdən narazılıqlarını telekanalın rəhbərliyinə çatdırıblar. Xəbərə görə, Az.TV-nin əməkdaşları bəyan ediblər ki, onlar da tezliklə mənzilə sahib olmasalar, rəhbərliyə itaətsizlik edəcəklər».


«Yeni Müsavat» yazır ki, televiziyanın əməkdaşları Az.TV-nin sədri Arif Alışanovdan hökumətin konkret olaraq bu telekanala ayırdığı maliyyə vəsaitinin onları mənzillə təmin etməyə yetdiyini xatırladaraq ondan bu problemi təcili surətdə həll etməyi tələb ediblər: «Son anda aldığımız xəbərə görə, artıq 3 «qiyamçı» operator rəhbərlik qarşısında belə sərt tələblə çıxış etdiyi üçün işdən qovulub».


«Yeni Azərbaycan» qəzeti yazır ki, ABŞ-da Azərbaycana maraq getdikcə artır. Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyev deyib ki, Amerika Konqresində Cənub Qafqazla bağlı aparılan dinləmələr bu reallığı ortaya qoyub.


Günün bütün mövzuları

XS
SM
MD
LG