Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:04

«Bu, onlar üçün ciddi siqnaldır»


«Seçki qanunvericiliyi ilə bağlı tövsiyələrin tam nəzərə alınmaması hakimiyyətin günahı deyil»

«Seçki qanunvericiliyi ilə bağlı tövsiyələrin tam nəzərə alınmaması hakimiyyətin günahı deyil»

«Seçkidə inzibati resurslardan istifadə olunmamalıdır». Bunu Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iyulun 9-da deyib. O bildirib ki, bundan əvvəlki seçkilərdə prosesə əsassız müdaxiləyə görə, bəzi icra qurumlarının rəhbərləri və nümayəndələri cəzalandırılıb:


«Bu, onlar üçün ciddi siqnaldır».


Həsənov deyib ki, 2003-cü ildə prezident seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı sərəncamlar imzalayıb. Bu sənədlərdə bütün qurumların vəzifəsi aydın göstərilib:


«Bu sənədlər indi də keçərlidir».


Şöbə müdiri deyib ki, insanlar sərbəst şəkildə seçkiyə qatılmalı, öz rəyini bildirməli və namizədlərlə seçicilər arasında təmasa maksimum şərait yaradılmalıdır.


İcra hakimiyyətləri seçkiöncəsi sərbəst toplaşmaq üçün xüsusi ayrılmış yerləri əvvəlcədən elan etməlidirlər.


Həsənov onu da deyib ki, Venesiya Komissiyasının seçki qanunvericiliyi ilə bağlı tövsiyələrinin tam nəzərə alınmaması hakimiyyətin günahı deyil:


«Bu, ona görə baş vermədi ki, hakimiyyət istəmədi. Ona görə belə oldu ki, partiyaların mövqeyi haçalandı. Onlar seçki komissiyalarının tərkibi haqda konkret mövqe ortaya qoya bilmədilər».


Ə.Həsənov deyib ki, hazırki komissiyaların fəaliyyəti demokratik seçki üçün yetərli olacaq.


Prezidentin İcra Aparatının rəsmisi seçkini boykot haqda bir sıra partiyaların qərarını da şərh edib. Deyib ki, bu, qeyri-ciddi və güclü siyasi çəkiyə malik olmayan qərardır:


«Çünki ən azı prezidentliyə 7-8 namizəd olacaq».


Ə.Həsənov Mətbuat Günü münasibətilə həbsdəki jurnalistlərin buraxılmasıyla bağlı Mətbuat Şurasının prezidentə müraciət etdiyini də bildirib:


«Hazırda bu məsələyə baxılır».


Bununla belə, Ə.Həsənov deyib ki, hakimiyyət həbsdəki jurnalistlərin məsələsi ilə bağlı beynəlxalq qurumların təlqinedici bəyanatlarını qəbul etmir.


Hazırda müxtəlif ittihamlarla üç jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG