Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:29

ABŞ və Çexiya raketdən müdafiə sistemlərinə dair saziş imzalayıb


Rusiya radarlarin Çexiyada yerləşdirilməsinin əleyhinədir

Rusiya radarlarin Çexiyada yerləşdirilməsinin əleyhinədir

Amerika Birləşmiş Ştatları və Çexiya Respublikası raketdən müdafiə sistemlərinin yerləşdirilməsinə dair saziş imzalayıblar. ABŞ-ın raketdən müdafiə sisteminə daxil olan radarların Çexiya Respublikasında yerləşdirilməsini nəzərdə tutan bu müqaviləni iyulun 8-də Praqada ABŞ Dövlət katibi Kondaliza Rays və Çexiyanın Xarici İşlər naziri Karel Şvarsenberq imzalayıb.


Karel Şvarsenberq: «Bizim xarici siyasətin əsas məqsədi trans-Atlantik əlaqələrin dərinləşdirilməsidir. Bütün razılaşmalar da bizim ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə imkan yaradır. Bu baxımdan əminəm ki, bugünkü razılaşma son dərəcə mühümdür».


Sənədi Çexiya parlamenti və prezidenti də təsdiqləməlidir.


Vaşinqton İran kimi ölkələrdən yarana biləcək raket hücumlarından müdafiə üçün Polşada da radarlar qurmağa çalışır. Amma hələlik Polşa ilə bu istiqamətdə razılıq əldə etmək mümkün olmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG