Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:51

İLHAM ƏLİYEVİN NİTQİ


…«Avropa Şurasına üzv olarkən götürdüyümüz öhdəlikləri yerinə yetiririk. Biz o təşkilata könüllü daxil olmuşuq. Heç kim bizi ora dartmayıb, heç kimi bizi məcbur etməyib ki, biz ora üzv olaq. Üzv olduq və biz istəyirik ki, Avropanın ən inkişaf etmiş ölkələrində mövcud olan müsbət təcrübə Azərbaycanda da tətbiq edilsin.


Avropa Şurası bildiyiniz kimi, daha çox demokratiya, insan haqları məsələləri ilə məşğuldur və son 7 il ərzində bu istiqamətdə Azərbaycan çox böyük bir yol keçibdir. Azərbaycanda demokratikləşmə prosesləri, insan haqlarının qorunması işində atdığımız addımlar ölkəmizi daha da zənginləşdirir və gücləndirir.


Bəzi hallarda bizə qarşı ikili standartlar siyasəti aparılır. Bizə qarşı bəzi hallarda əsassız hücumlar, tənqidlər bütün Azərbaycan xalqını da, bizi də üzür. Çünki bu hücumlar əsassızdır. Təbii ki, Azərbaycan cəmiyyətində hər şey kamil deyil. Hansı cəmiyyətdə hər şey mükəmməldir? Ən inkişaf etmiş ölkələrdə, özünü demokratiya simvolu adlandıran ölkələrdə məgər hər şey demokratik əsaslarla həll olunur? Əlbəttə ki, yox! Bu gün qloballaşma dövründə, internet dövründə heç bir şeyi gizlətmək mümkün deyil və insanlar hər şeyi görürlər. Biz sadəcə olaraq bunu nəzərə almalıyıq. Amma biz öz siyasətimizdən, milli maraqlarımızın müdafiəsi prinsiplərindən bir addım geri çəkilməyəcəyik. Qoy bizi nə qədər istəyirlər tənqid etsinlər, qoy nə qədər istəyirlər Azərbaycanı ləkələməyə çalışsınlar. Onsuz da Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti ölkədə gedən bütün müsbət dəyişiklikləri görür və bunu dünya birliyi də görür.


Sadəcə istərdik ki, bəzi təşkilatlarda bu riyakar siyasət artıq keçmişdə qalsın. Bunun əhəmiyyəti yoxdur. Bizə qarşı bir təzyiq mexanizmi kimi bu, işləmir. Bunu hamı da görür. Bizə təzyiq etmək mümkün deyil. O təzyiq cəhdləri sadəcə olaraq, münasibətlərin gərginləşməsinə gətirib çıxarır və əgər bir neçə il bundan əvvəl biz, sadəcə olaraq, buna reaksiya vermirdik, yaxud da ki, susurduq, bu gün biz susmuruq. Bu gün biz sözümüzü deyirik və əgər, kimsə Azərbaycanın gözəl imicini ləkələmək istəyirsə, biz o tərəfə qarşı mübarizə aparacağıq. Bizim gücümüz də var, imkanlarımız da!»…


XS
SM
MD
LG