Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:15

Dağıdılan abidələrin siyahısı Avropa Şurasına göndərildi


XİN əməkdaşı: «Siyahıda Qarabağdakı abidələrin dəqiq ünvanları var»

XİN əməkdaşı: «Siyahıda Qarabağdakı abidələrin dəqiq ünvanları var»

Bakı Ermənistan ərazisində əvvəllər azərbaycanlıların yaşadığı bölgələrdə dağıdıldığı iddia olunan qəbiristanlıqların siyahısını Avropa Şurasına göndərib.


Bunu «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin (XİN) Planlaşdırma və strateji araşdırmalar idarəsinin katibi Kəmalə İmranlı deyib.


Dağıdıldığı iddia olunan abidələrin siyahısı iyulun 8-də Bakıda səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələrinə təqdim olunub.


Bakının məlumatına görə, hazırda Ermənistan ərazisində olan, vaxtı ilə azərbaycanlıların yaşadığı ərazilərdə mühüm mədəniyyət abidələri və qəbiristanlıqlar məhv edilib:


«Bu abidələr Yerevan, Sisian, Qafan və başqa rayonların ərazisindədir».


Sentyabrda Avropa Şurasının fakt-araşdırıcı missiyası bölgəyə səfər edəcək.


Bakı gözləyir ki, missiya Azərbaycan və Ermənistanda dağıdılmış abidələrlə vəziyyəti araşdırarkən qərəzsiz olsun. XİN əməkdaşı Kəmalə İmranlı:


«Fakt-araşdırıcı missiyaya çatdırmaq istədiyimiz əsas mesaj bundan ibarətdir ki, son dərəcə ədalətli olsunlar».


Xanım İmranlı deyib ki, Bakının təqdim etdiyi siyahıda Dağlıq Qarabağ və ətraf rayonlardakı abidələrin də dəqiq ünvanları var.


Rəsmi məlumatlara görə, işğal altında olan Azərbaycan ərazilərində 1890 mədəniyyət abidəsi qalıb.


Avropa Şurası Nazirlər Komitəsinin Mədəniyyət və Mədəni İrs Direktorluğundan Robert Palmer isə deyib ki, Azərbaycan və Ermənistandakı maddi-mədəni abidələrin mövcud durumu diqqətlə araşdırılmalıdır.


Ermənistan da Azərbaycan ərazisində, xüsusilə də Naxçıvanda bir neçə qəbiristanlığının dağıdıldığını iddia edir.


Robert Palmerin fikrincə, müharibədən asılı olmayaraq, mədəni abidələrə təcavüz yolverilməzdir.


Günün bütün mövzuları

XS
SM
MD
LG