Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

«Hazırda Sevgiladə Quliyeva adında vətəndaş axtarışda deyil»


DİN: S.Quliyeva 1997-ci ildən axtarışda olub, 2001-ci ildə tutulub

DİN: S.Quliyeva 1997-ci ildən axtarışda olub, 2001-ci ildə tutulub

«Sevgiladə Quliyevanın şəkli diqqətsizlik üzündən axtarışda olanların siyahısında qalıb». Bunu «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyindən Ehsan Zahidov deyib.


Onun sözlərinə görə, şəkil Sevgiladə Quliyeva axtarışda olan vaxtı vurulub: «Hazırda S.Quliyeva adında vətəndaş axtarışda deyil. Məsələ araşdırılır və şəklin elandan qopardılmasına cavabdeh şəxslər barəsində tədbir görüləcək.»


Daxili İşlər Nazirliyi bildirir ki, Sevgiladə Quliyeva 1997-ci ildən axtarışda olub, 2001-ci ildə tutulub.



***


Məhkəmə iddiasıyla jurnalist Qənimət Zahidi tutduran qadın axtarışda imiş.


Bunu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu iddia edir. Təşkilat bildirir ki, Sevgiladə Quliyevanın fotoşəkli Bakı şəhər Baş Polis İdarəsinin qarşısında axtarışda olan cinayətkarlarla bir sırada asılıb. Təşkilat bununla bağlı videonu da öz saytına yerləşdirib.


Polis İdarəsinin qarşısına vurulan «Diqqət! Axtarış!» elanında yazılıb ki, Sevgiladə Quliyeva Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə – oğurluq ittihamı ilə axtarışdadır.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi bu ilin martında 4 il müddətinə azadlıqdan məhrum ediblər. İttihama görə, o, xuliqanlıq edib - küçədə Sevgiladə Quliyevaya sataşıb.


Jurnalistin vəkilləri deyirdilər ki, iş quramadır və siyasi sifariş səciyyəsi daşıyır.


Günün bütün mövzuları

XS
SM
MD
LG