Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:37

«Vaxtilə milli köklərə bağlı sənətçilərin yaradıcılığına imkan verilməyib»


Ziyadxan Əliyev «Can Bakı»nın qonağı olub
Ziyadxan Əliyev «Can Bakı»nın qonağı olub
«Vaxtilə Azərbaycanda milli köklərə bağlı olan sənətçilərin yazıb-yaratmasına imkan verilməyib». «Can Bakı»nın qonağı olan sənətşünas Ziyadxan Əliyev belə deyib: «Əzim Əzimzadə, Üzeyir Hacıbəyovdan «donos» yazıblar, Ələkbər Rzaquliyev 25 il sürgün həyatı yaşayandan sonra 53 yaşında Bakının təsvirinə başlayıb. Amma bunu da ona çox görürdülər, qısqanclıqla yanaşırdılar».


Ziyadxan Əliyev deyir ki, xarici ölkələrin hansı fondlarında Azərbaycanın miniatür rəsm əsərlərinin olduğunu müəyyənləşdirmək lazımdır: «Bu, onların sərgilənməsinə nail olmaq üçün vacibdir».


Verilişin digər qonağı xalq rəssamı Arif Hüseynov isə deyib ki, bu yaxınlarda Bakıda miniatür sənət növü üzrə beş rəssamın sərgisi keçiriləcək. Sərgi «Şərqdən Şərqə: Yeni qayıdış» adlanacaq. Hüseynov hesab edir ki, avanqard, realizm mövzusunda əsərlər yaratmaq yaxşıdır, amma miniatür sənəti də unutmaq olmaz. Ələlxüsus da xaricdəki sərgilərdə bu sahəni nümayiş etdirmək lazımdır.



Buna da bax:

XS
SM
MD
LG