Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:16

«Rəsul Quliyevin zirehli maşını satışa çıxarıldı»


«1993-cü ildə R.Quliyevin ölkəyə zirehli avtomobil gətirdiyi çoxlarına məlumdur»
«1993-cü ildə R.Quliyevin ölkəyə zirehli avtomobil gətirdiyi çoxlarına məlumdur»

«Bizim yol» qəzetindəki «Avropa Şurasının Azərbaycanın neft pullarında gözü var» başlıqlı məqalədə deputat Vaqif Səmədoğlunun həbsdəki jurnalistlərə «dələduz» dediyi bildirilir. V.Səmədoğlu qəzetə açıqlamasında deyir: «Avropa Şurası bəzən bir mövqe, bəzən də başqa mövqe ifadə edir. Gah Azərbaycandakı vəziyyəti acınacaqlı, gah da yaxşı dəyərləndirirlər. Bu isə onunla bağlıdır ki, Azərbaycanın neft pullarında gözləri var».


AŞ PA-nın həbsdəki jurnalistlərin azadlığa buraxılması barədə çağırışlarına gəlincə, Səmədoğlunun buna münasibəti belə olub:


«Mən də hesab edirəm ki, həmin jurnalistləri azadlığa buraxmaq lazımdır. Amma yenə sizə deyirəm: türmələrdə günahsız adamlar yatır. Hansı ki, biznesmenlərin güdazına gedib. Onlar haqqında da düşünün. Həkimlər, müəllimlər yatır. Onlar haqqında düşünmürsünüz. Bir dələduz jurnalist tutulan kimi ayağa qalxırsınız».


«Yeni Müsavat» qəzeti yazır ki, keçmiş spiker Rəsul Quliyevin zirehli maşını satışa çıxarılıb. Qəzet bildirir ki, turbo.az saytında «Volvo» markalı avtomobilin satılması haqqında elan verilib. 1993-cü ildə sifarişlə yığılan ağ rəngli zirehli «Volvo»ya 27 900 dollar qiymət qoyulub.


«Yeni Müsavat» yazır: «1993-cü ildə ölkəyə Rəsul Quliyevin ağ rəngli «Volvo» markalı zirehli avtomobil gətirdiyi çoxlarına məlum faktdır. Bu səbəbdən zirehli maşının Rəsul Quliyevə məxsus olduğunu düşündük. Bu qənaəti dəqiqləşdirmək üçün sayta qoyulmuş əlaqə telefonuna zəng etdik. Bizimlə danışan şəxs avtomobilin vaxtilə Rəsul Quliyevin sifarişi ilə yığıldığını təsdiq etdi. Eyni zamanda bildirdi ki, avtomobilin hazırda nə Rəsul Quliyevə, nə də onun qohumlarına aidiyyati var: «Avtomobili bir müddət əvvəl biz almışıq, əvvəlki adamın adından çıxarılıb. Əla vəziyyətdədir, heç bir problemi yoxdur. Tam zirehlidir».


«Yeni Azərbaycan» qəzeti prezident İlham Əliyevin iyulun 7-də səfirlərin üçüncü müşavirəsindəki çıxışına yer ayırıb. Dövlət başçısı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini diqqətə çatdıraraq, xarici siyasət kursunun uğurla həyata keçirilməsində səfirlərin üzərinə böyük məsuliyyətin düşdüyünü deyib: «Bu gün Azərbaycan haqqında dünyada daha dolğun, daha dəqiq məlumat var. Əminəm gələcək illərdə biz nail olacağıq ki, Azərbaycan həqiqətləri dünya birliyinin nəzərinə tam şəkildə çatdırılsın».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG