Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:01

Azərbaycan alpinistləri Elbrus dağını fəth edib


Azərbaycanın beş nəfərdən ibarət alpinist qrupu Avropanın ən uca zirvəsini - Elbrus dağını (5636 m.) fəth edib. Qrupun rəhbəri Saridan Mursakulovun «Turan»a bildirdiyinə görə, qrup dağa çıxan gün hava şəraiti çox pis olub. Dağa çıxma 13 saata yaxın davam edib.
Qısa istirahətdən sonra komanda Gürcüstana yola düşəcək, burada ekspedisiyanın son hədəfi Kazbek dağını (5070 m.) fəth etməkdir.


İndiyədək bu komanda Avropa və Asiyanın müxtəlif ölkələrində 5 zirvəni fərth edib: Savalan (İran), Ağrıdağ (Türkiyə), Olimp (Yunanıstan), Monblan (Fransa), Qerlaxovski Ştit (Slovakiya).


XS
SM
MD
LG