Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:25

«NABUCCO «Cənub axını»ndan da vacib layihədir»


«Avropanın təbii qaza olan ehtiyacı ildən-ilə artır»

«Avropanın təbii qaza olan ehtiyacı ildən-ilə artır»

«NABUCCO «Cənub axını»ndan da vacib layihədir». Bunu Macarıstanın Baş naziri Ferenç Dyurçan Bakıda bəyan edib.


O, deyib ki, Avropa Birliyi (AB) yekdilliklə bu kəmərdə maraqlıdır:


«Biz bu layihənin tezliklə reallaşmasını gözləyirik. Kəmərin səmərəli fəaliyyət göstərməsi üçün nə qədər qaz lazım olduğunu da araşdırmağa ehtiyac var. Layihənin icrası üçün konkret investorlar tapılmalıdır. Təbii ki, Azərbaycan da bu layihədə müəyyən rola malikdir».


Dyurçan diqqəti ona yönəldib ki, Avropanın təbii qaza olan ehtiyacı ildən-ilə artır. Hesablamalara görə, qarşıdakı 15 ildə AB üzvlərinə təqribən 150-200 milyard kubmetr mavi yanacaq lazımdır. Dyurçan deyib ki, bunun 30 milyard kubmetrini NABUCCO ödəyə bilər.


Amma Macarıstanın Baş naziri onu da vurğulayıb ki, hazırda əsas sual Avropanın bu yanacağı NABUCCO vasitəsilə ala bilib-bilməyəcəyidir.


NABUCCO Xəzər qazının Rusiyadan yan keçməklə Avropaya nəqlini nəzərdə tutur. Rusiya bu kəmərə qarşıdır, qazın öz üzərindən nəqlini mümkün edən «Cənub axını» marşrutunu təklif edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG