Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:43

«Medvedev ağıllı oğlandır»


İyulun 7-də Corc Buş Dmitri Medvedevlə görüşüb
İyulun 7-də Corc Buş Dmitri Medvedevlə görüşüb

ABŞ prezidenti Corc Buş Dmitri Medvedevi tərifləyib, deyib ki, Medvedev ağıllı oğlandır, nə dediyini bilir.


İyulun 7-də ABŞ prezidenti Corc Buş rusiyalı həmkarı Dmitri Medvedevlə ilk dəfə təkbətək görüşüb. Prezidentlər Yaponiyada «Səkkizliyin sammiti»ndə iştirak edirlər. Görüşdən sonra prezidentlər bildiriblər ki, İran, Şimali Koreya məsələsində razılığa gəliblər. Amma, məsələn, Amerikanın raketdən müdafiə sistemi barədə hələ narazıdırlar. Medvedev hələ altı ay hakimiyyətdə olacaq Buş adminstrasiyası ilə dialoqu gücləndirməyə çalışacağını deyib:


«Məncə, hər şey normal olacaq, münasibətlər inkişaf edəcək. Mən bunu Corca dedim, istənilən halda biz tezliklə fəaliyyətə başlayacaq yeni administrasiya ilə də münasibət qurmaq niyyətindəyik».


Birləşmiş Ştatlar Polşa və Çexiyada raketdən müdafiə sistemi yerləşdirməyə hazırlaşır. Bu plan Rusiyanın qəzəbinə səbəb olub.


Səkkizlik liderlərinin görüşündə qlobal ərzaq böhranı, iqlim dəyişikliyi müzakirə olunacaq. Səkkizliyin bu toplantısı Buş üçün sonuncu, Medvedev üçünsə birincidir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG