Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:03

Prezident seçkisilə bağlı medianın monitorinqinə başlanır


«Yeni Nəsil» Jurnalistlər Birliyi iyulun 7-dən seçkiqabağı kampaniyanın və prezident seçkisinin mətbuatda işıqlandırılmasının monitorinqinə başlayır. Monitorinq Avropa Şurası və Avropa Komissiyasının birgə proqramı çərçivəsində həyata keçirilir.


Birlikdən «Turan»a deyiblər ki, monitorinq Avropa Şurasının müəyyən etdiyi standartlar və beynəlxalq metodologiya əsasında keçiriləcək.


«Yeni Nəsil» telekanalların və qəzetlərin monitorinqinin iki mərhələdə aparılacığını bəyan edir. Seçkiöncəsi kampaniyanın monitorinqinin bu il iyulun 7-də başlaması və sentyabrın ortalarında yekunlaşması, növbəti mərhələnin isə sentyabrın ortalarından başlayıb, oktyabrın 15-nə kimi davam etdirilməsi nəzərdə tutulur.


XS
SM
MD
LG