Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

Legioner limiti ləğv olundu



Bu haqda qərar iyulun 5-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.


Qərar eksperiment xarakterli olacaq. Yəni, limitin ləğvi qarşıdakı mövsümdə (2008/09) müsbət effekt verməzsə, sonrakı mövsüm öncəsi bu məsələyə yenidən baxıla bilər


Legionerlərə görə ödənilməli olan rüsumların məbləği isə 8 min manatdan 20 min manata qaldırılıb.


Legionerlərə qoyulan limit müxtəlif vaxtlarda 5, «5+2», «3+2», ötən mövsümün ikinci dövrəsində isə «7+7» olub.


Həmçinin, qarşıdakı mövsümdən Premyer Liqa klublarının əvəzedici komandaları arasında çempionatın keçirilməsi ilə bağlı qərar çıxarılıb. Belə komandaları olmayan klublar Premyer Liqaya buraxılmayacaq. Əvəzedicilərin oyunları əsas komandaların görüşlərindən bir gün sonra keçiriləcək. Əvəzedicilər oyuna çıxmazsa, Premyer Liqada oynayan əsas heyətə də texniki məğlubiyyət veriləcək. Əvəzedici komandaların heyətində 21 yaşınadək 5 futbolçunun oynaması vacib şərtdir. / APA Sport /


Günün bütün mövzuları

XS
SM
MD
LG