Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:36

Qazla bağlı müzakirələr davam etdiriləcək


«Dövlət başçıları əməkdaşlıq barədə müəyyən razılıqlar əldə ediblər»
«Dövlət başçıları əməkdaşlıq barədə müəyyən razılıqlar əldə ediblər»

«Azərbaycan və Rusiya qaz mövzusu ilə əlaqədar müzakirələri davam etdirəcək». Bunu «Azadlıq» radiosuna Rusiyanın Bakıdakı səfiri Vasili İstratov bildirib.


O, növbəti danışıqların vaxtını açıqlamayıb, amma deyib ki, hər iki ölkənin prezidenti iyulun 5-6-da Astanada keçiriləcək MDB dövlət başçılarının qeyri-formal sammitinə dəvətlidir:


«Cənab Medvedev hazırda Aşqabaddadır. Sonra Astanaya gedəcək və orada iştirak edəcək. Ümumilikdə enerji məsələsi bizim həm Mərkəzi Asiya ölkələri, həm də Azərbaycanla münasibətlərimizdə mühüm mövzu təşkil edir».


Astana sammiti şəhərin 10 illiyinə həsr olunmuş təntənəli tədbir çərçivəsində keçiriləcək.


Bu mərasimə Azərbaycan, Ermənistan, Gürcüstan, Tacikistan, Rusiya prezidentləri ilə yanaşı Türkiyə prezidenti və İordaniya kralı da dəvət olunub.


Azərbaycanın Prezident Aparatından deyirlər ki, İlham Əliyevin Astanaya gedəcəyi hələ məlum deyil.


İstratov onu da bildirib ki, Əliyevlə Medvedev iyulun 3-də Bakıda aparılmış danışıqlarda «Qazprom»un təklifi mövzusuna detallı toxunmayıblar:


«Söhbət geniş mənada iki ölkə arasında enerji əməkdaşlığının müxtəlif formalarından gedib.


Dövlət başçıları əməkdaşlıq barədə müəyyən razılıqlar əldə ediblər. Konkret təkliflər və onun detallarını isə müvafiq nazirliklər və şirkətlər müzakirə edib aydınlaşdırmalıdırlar».


Medvedevi Bakı səfərində müşayiət etmiş «Qazprom»un rəhbəri Aleksey Miller isə bildirib ki, şirkət Azərbaycandan maksimal həcmdə qaz almaq arzusundadır və bu barədə fikir mübadiləsi aparılır.


Hazırda Azərbaycan tərəfinin bu təklifi hələ nəzərdən keçirdiyi deyilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG