Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:26

«Viza verilməsində problem yaradan səfirliklərə qarşı adekvat addımlar atılacaq»


«Azərbaycan vətəndaşlarına viza verilməsində problem yaradan səfirliklərə qarşı adekvat addımlar atılacaq. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyində iş gedir».


Milli Məclisin sədri Oqtay Əsədov parlamentin yay sessiyasının son iclasında viza ilə bağlı səfirliklərin yaratdığı problemlərə münasibət bildirərkən belə deyib.


O.Əsədov bildirib ki, ümumiyyətlə vətəndaşlara viza verilməsi prosesi xeyli yüngülləşdiriləcək.


Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının iyulun 4-də Fransaya qarşı planlaşdırılan oyunu baş tutmayıb. Buna Fransanın Azərbaycandakı səfirliyinin yığma üzvlərinə viza verməməsi səbəb olub.


Deputat Qənirə Paşayeva parlamentin iyulun 4-də keçirilən iclasında bu məsəlinin Milli Məclisdə müzakirə edilməsini istəyib.


XS
SM
MD
LG