Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:57

Polis «Dalğa»nın aksiyasının qarşısını aldı


3 jurnalist sərbəst buraxılıb, aksiya iştirakçıları isə hələ də bölmədə saxlanılır

3 jurnalist sərbəst buraxılıb, aksiya iştirakçıları isə hələ də bölmədə saxlanılır

İyulun 4-də «Dalğa» Gənclər Hərəkatının ATƏT-in Bakı ofisi qarşısında aksiyasına imkan verilməyib.


Təşkilat fəalları ölkədə baş verənlərə beynəlxalq təşkilatların diqqətini yönəltmək məqsədi ilə aksiya keçirmək istəyiblər.


Eyni zamanda məqsəd Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində mövcud olan maneələri bir daha gündəmə gətirmək olub. «Dalğa»çılar bu dəfə də kiçik səhnəcik göstərməklə, sürünərək etirazlarını bildirəcəkdilər.



Ofisə yaxınlaşmaq istəyən fəalları polislər maşınlara əyləşdirərək 39-cu Polis Bölməsinə aparıblar.

Hadisə yerində olan «Azadlıq» radiosunun müxbiri və daha iki jurnalisti də həmin bölməyə aparıblar. Jurnalistlər vəsiqələrini təqdim etsələr də, polislər buna əhəmiyyət verməyiblər. «Nə olsun jurnalistsiniz? Bizim əsəblərimizlə oynayırsınız. Tapşırıq belədir, biz sizi bölməyə aparmalıyıq» -, deyiblər.


Az sonra jurnalistlər sərbəst buraxılıb. Aksiya iştirakçılarından üçünü - Ramin Hacılı, Rövşən Nəcəfov və Pənah Əliyevi Səbail Rayon Məhkəməsinə aparıblar. Məhkəməyə aparılmağa səbəb kimi onların Britaniya səfirliyi qarşısında qanunsuz piket keçirməyə cəhd etmələri göstərilib. Məhkəmə saxlananlara xəbərdarlıq edərək onları sərbəst buraxıb. «Dalğa»çılar isə bildirirlər ki, onları qanunsuz saxladığına görə yaxın günlərdə 39-cu Polis Bölməsini məhkəməyə verəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG