Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Buş olimpiya oyunlarının açılış mərasimində iştirak edəcək


Pekində yay olimpiya oyunlarının açılış mərasimi avqustun 8-i baş tutacaq

Pekində yay olimpiya oyunlarının açılış mərasimi avqustun 8-i baş tutacaq

Amerika prezidenti Corc Buş gələn ay Pekində yay olimpiya oyunlarının açılış mərasimində iştirak edəcək. Ağ Evin nümayəndəsi Dana Perino deyib ki, Buş Çin Xalq Respublikasının sədri Xu Tsintao ilə görüşdə Çində insan haqlarının pozulması məsələsinə toxunacaq.


Dana Perinonun dediyinə görə, Amerika prezidenti Cənubi Koreya və Taylanda da səfər edəcək. Əsasən Tibetdən olan hüquq müdafiəçiləri dünya liderlərini çağırıb ki, avqustun 8-i baş tutacaq olimpiya oyunlarının açılış mərasiminə boykot etsinlər. Sözügedən hüquq müdafiəçiləri Çinin tibetlilərin haqlarını tapdaladığını deyirlər.


Bu arada bildirilir ki, Çinlə Tayvan arasında birbaşa hava nəqliyyatı bərpa olunub. Bu, Pekinlə Tibet arasında on illərdən sonra ilk müsbətə doğru addımdır. Uzun illərdir ki, Çinlə Tayvanının birbaşa nəqliyyat əlaqəsi yoxdur. 1949-cu ildə vətəndaş müharibəsi nəticəsində Tayvan birtərəfli şəkildə özünü müstəqil elan edib. Rəsmi Pekin isə Tayvanın Çinin ərazisinə daxil olduğunu iddia edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG