Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:34

Müxalifətçi azadlığa buraxıldı


İntiqam İsmayılov 2005-ci ildə Naxçıvan Ali Məclisinə deputatlığa namizəd olub

İntiqam İsmayılov 2005-ci ildə Naxçıvan Ali Məclisinə deputatlığa namizəd olub

Naxçıvanın Culfa rayonunun sakini İntiqam İsmayılov azadlığa buraxılıb.


Naxçıvanın Culfa rayonunun Nəhəcir kənd sakini, 1961-ci il təvəllüdlü İntiqam İsmayılov ümumvətəndaşlıq pasportu alarkən tələb olunan rüşvəti ödəməkdən imtina etdiyi üçün polis tərəfindən saxlanılmışdı. Naxçıvan Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə ictimai yerdə asayişi pozmaqda təqsirli bilinərək 15 günlük həbslə cəzalandırılmışdı.


İntiqam İsmayılov Müsavat Partiyasının üzvüdür. 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputatlığa namizəd olub. Siyasi fəaliyyətinə görə bir neçə il əvvəl dərs dediyi kənd orta məktəbindən işdən çıxarılıb. Ailəsi siyasi fəaliyyətinə görə onun təqib olunduğunu iddia edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG