Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:30

«Gerçək tariximizə aid sənədlər Rusiya MTN-in arxivlərində saxlanılır»


«Moskva arxivlərində elə sənədlər var ki, onları mütləq araşdırmalıyıq»
«Moskva arxivlərində elə sənədlər var ki, onları mütləq araşdırmalıyıq»

«Azərbaycan xalqının sovet dövründəki ən gerçək tarixi Rusiya Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində saxlanılır». «Azadlıq» radiosunun «Can Bakı» verilişinin qonağı olan tarixçi alim, professor Cəmil Həsənli belə deyir. Verilişdə professorun yenicə çapdan çıxmış «Azərbaycanda milli məsələ: Siyasi rəhbərlik və ziyalılar. 1954-1959» monoqrafiyası müzakirə edilib.


Cəmil Həsənli bu kitaba daxil etdiyi bir sıra sənədləri əldə etmək üçün Moskvanın müxtəlif arxivlərində işlədiyini deyir.


Müəllif hesab edir ki, Moskva arxivlərində Azərbaycan tarixinə aid elə sənədlər var ki, tarixçilərimiz mütləq onları araşdırmalıdır: «Bu zaman bir arxivlə kifayətlənmək olmaz. Müxtəlif arxiv materiallarını bir süjet ətrafında birləşdirmək lazımdır».


Cəmil Həsənli 1959-un iyununda Moskvada keçirilən konqresdə baş verənlər barədə də danışdı. Stenoqramlara müraciət edən tarixçi bildirdi ki, həmin iclasın sonunda Kommunist Partiyasının rəhbəri Nikita Xruşşov Azərbaycan kommunistlərinin lideri İmam Mustafayevə deyib ki, «Siz istəyirsiniz ki, Azərbaycanda Türkiyənin təsiri güclənsin? Buna imkan verməyəcəyik».


Məsələyə münasibətini bildirən Şirməmməd Hüseynov bu kitabla «müəllifin tarixi yeni elmi konsepsiya əsasında işlədiyini» deyib: «Bu kitabdakı sənədlərdən açıq şəkildə görünür ki, həmin vaxt necə qanlı rejim hökm sürürmüş».


Buna da bax:

XS
SM
MD
LG