Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:13

Rusiya-Azərbaycan arasında beş sənəd imzalanıb


Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri iyulun 4-də başa çatır
Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri iyulun 4-də başa çatır

İyulun 3-də Bakıda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin danışıqları beş sənədin imzalanması ilə başa çatıb.


Dostluq və əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında bütün sahələrdə yaxın gələcək üçün əməkdaşlıq prioritetlərini müəyyən edir.


Tərəflər həmçinin Xəzər sammitinə hazırlıq prosesini, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, İrandakı vəziyyəti müzakirə ediblər.


Bundan başqa, dörd hökumətlərarası sənəd imzalanıb.


Rusiya prezidentini müşayiət edənlər arasında Xarici işlər, Daxili işlər və Enerji nazirləri ilə yanaşı, Rusiyanın bir sıra regionlarının rəhbərləri, həmçinin «LUKOYL» və «Qazprom» un başçıları da var.


Rusiya prezidenti Dmitri Medvedevin Bakıya səfəri iyulun 4-də başa çatır. Bu, rusiyalı prezidentin Azərbaycana ilk səfəridir.


Medvedev Bakıdan Aşqabada, oradan da Astanaya gedəcək. İyulun 7-də Medvedev yapon adası Xokkaydaya gedəcək, böyük səkkizliyin sammitində iştirak edəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG