Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:51

«Müdafiə nazirləri arasında heç bir müzakirə aparılmayıb»


MDB Müdafiə Nazirləri Şurasının iclası
MDB Müdafiə Nazirləri Şurasının iclası

«Bişkekdə Azərbaycan və Ermənistanın müdafiə nazirləri arasında heç bir müzakirə aparılmayıb». Bunu «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.


O, deyib ki, iyulun 2-də MDB Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyan azərbaycanlı həmkarı Səfər Əbiyevə foyedə yaxınlaşaraq, bəzi məsələləri, o cümlədən də itkin düşmüş əsirlərlə bağlı mövzunu müzakirə etməyi xahiş edib.


«Səfər Əbiyevsə cavabında bildirib ki, hər hansı məsələ ətrafında müzakirə aparmağın mümkünlüyü Azərbaycan torpaqları işğaldan azad edildikdən, müharibə qurtardıqdan sonra baş verə bilər. Bununla da heç bir müzakirə aparılmayıb. Sadəcə ayaqüstü xahiş olub və bunu iki nazirin rəsmi görüşü kimi qiymətləndirmək olmaz».


Daha əvvəl Ermənistan Müdafiə nazirinin mətbuat katibi Seyran Şahsuvaryan demişdi ki, nazirlər Bişkekdə görüşərək, atəşkəsin pozulması və Azərbaycan əsirliyində olan dörd Ermənistan vətəndaşının taleyini müzakirə ediblər. Erməni mənbələri gələcəkdə də bu məsələlərə qayıtmaq haqda razılıq əldə olunduğunu iddia edirlər.


Eldar Sabiroğlu vurğulayıb ki, nazirlərin görüşü barədə əvvəldən heç bir razılıq yox idi və Bakı buna zərurət görmür. Nazirlik rəsmisi əlavə edib ki, son vaxtlar ermənilər atəşkəsi intensiv şəkildə pozurlar. Dəfələrlə Bakı bu barədə beynəlxalq təşkilatlara bildirib, lakin ona məhəl qoyulmur.


Əvvəllər Azərbaycan və Ermənistanın müdafiə nazirləri arasında görüşlər keçirilib. Sonuncu dəfə Səfər Əbiyevlə Ermənistanın keçmiş müdafiə naziri, hazırda prezident olan Serj Sərkisyan 2006-cı ilin oktyabrında ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin təşəbbüsü ilə körüşüblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG