Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

Bakıya Gürcüstan və Ukrayna nümunəsi


«Azərbaycan üçün bu seçki birgə dəyərlərə münasibət baxımından daha çox əlverişlidir»
«Azərbaycan üçün bu seçki birgə dəyərlərə münasibət baxımından daha çox əlverişlidir»

«Amerika istəyir ki, Azərbaycan da Gürcüstan və Ukrayna kimi azad, demokratiya və bazara əsaslanan iqtisadiyyat yolu ilə getsin».


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkel «Azadlıq» radiosuna eksklüziv müsahibəsində belə deyib.


O, xatırladıb ki, Azərbaycan istisna olmaqla GUAM-ın bütün üzvləri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvləridir.


Merkel deyir ki, indi bu ökələrin qlobal bazara çıxış tapması vacibdir. Buna görə də, ABŞ Azərbaycanın da ÜTT-yə üzvlüyünü dəstəkləyir. Onun fikrincə, GUAM dövlətləri öz ərazilərində ticarətin sərbəstləşdirilməsi və qlobal bazara çıxış üçün bir sıra tədbirlər görməlidirlər:


«Atılmalı addımlar sırasına yük tranziti üçün gömrük, vergi və sərhəd qaydalarının sadələşdirilməsi, korrupsiyanın ləğvi, sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız hüquqi maneələrin aradan qaldırılması və başqa tədbirlər daxildir. Həmçinin təşkilat üzvləri arasında multimodal daşınmalar haqda sazişin imzalanması vacibdir. Biz GUAM-la eyni dəyərlərə xidmət edirik».


Amerika rəsmisi vurğulayıb ki, Rusiyanın və ya hər hansı xarici qüvvənin bu ölkələrə təsir edə biləcəyinə inanmır. Belə ki, artıq Gürcüstan NATO-ya qoşulmaqla bağlı öz seçimini edib, Azərbaycan isə bu qurumla əməkdaşlıq yolunu tutub. Amerika Azərbaycanın bu seçiminə hörmət göstərir.


Merkel ABŞ-ın GUAM regionundakı məqsədlərinin təmin olunmasında iqtisadi və siyasi islahatların əhəmiyyətini vurğulayıb. O, GUAM qarşısında duran ən böyük problemin bu ölkələrin ərazisindəki münaqişələr olduğunu deyib.


Demokratiyadan danışan Merkel ümid edib ki, Azərbaycanda qarşıdan gələn seçki əvvəlkilərdən daha yaxşı təşkil ediləcək: «Hökumətlə bu sahədə işləyirik. Ümid edirik ki, bütün maraqlı qüvvələr, o cümlədən vətəndaş cəmiyyəti də ölkədə normal seçki keçirilməsi üçün çalışacaq. Amerika hökuməti olaraq buna dəstək verməyə hazırıq».


Merkel deyib ki, Azərbaycan üçün bu seçki birgə dəyərlərə münasibət baxımından daha çox əlverişlidir. Öz növbəsində, ABŞ qanunun aliliyinə, vətəndaş cəmiyyətinə, müstəqil mətbuata, siyasi proseslərə dəstək naminə Bakı ilə işləməyə hazırdır.


Azərbaycanda prezident seçkisi bu ilin oktyabr ayında keçiriləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG