Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:45

Polisin maaşı artırıldı


Prezident İlham Əliyevin iyulun 1-də imzaladığı sərəncamla Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı orta hesabla 125 manat, nazirliyin mülki işçilərinin aylıq əmək haqları orta hesabla 30 manat, Daxili Qoşunların hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50 faiz, Daxili Qoşunların mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları isə orta hesabla 25 faiz artırılıb.


Xüsusi rütbəsi olan polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği isə 2 dəfə artırılıb.


Sərəncam iyul ayının 1-dən qüvvəyə minir.


İyulun 2-si Azərbaycan polisinin yaranmasının 90 illiyi tamam olur.


XS
SM
MD
LG