Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:52

«Azərbaycanda bəzi jurnalistlər həm də siyasətçi olmaq istəyir»


İyulun 1-i axşam ABŞ səfirinin iqamətgahında səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henikin Azərbaycanda diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul keçirilib.



Birləşmiş Ştatların Azərbaycandakı səfiri Enn Ders Henikin Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirib. O, C.Heniki öz diplomatik karyerası ərzində birgə işlədiyi ən yaxşı mətbuat katibi adlandırıb.

Azərbaycanın mətbuat nümayəndələri Henikə ölkədə azad medianın dəstəklənməsində və jurnalistlərin peşə səviyyəsinin artırılmasında göstərdiyi səylərə görə təşəkkürlərini bildiriblər.


Conatan Henik öz növbəsində, Azərbaycanda işləməsindən məmnun olduğunu bildirib.


O, deyib ki, Azərbaycanda bəzi jurnalistlər həm də siyasətçi olmaq istəyir. Amma bu, düzgün deyil. Eyni zamanda, diplomat Azərbaycanda azad mətbuat prinsipinə sadiq xeyli jurnalistin olduğunu da bildirib.


Henik həmçinin deyib ki, Azərbaycanda azad, peşəkar və məsuliyyətli KİV-lərin inkişafı üçün potensial var.


Conatan Heniki ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri postunda Terri Devidson əvəz edəcək. / Turan /


XS
SM
MD
LG