Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:07

Terim qaldı və müqaviləsinin müddətini uzatdı


Türkiyə futbol yığmasının baş məşqçisi Fateh Terim bu ölkənin Futbol Federasiyası ilə müqaviləsini 2012-ci ilə qədər uzadıb.


Türkiyə yığması Avropa Çempionatının yarımfinalında Almaniyaya məğlub olduqdan sonra Terim postundan istefa verəcəyini bildirmişdi.


F.Terimin bundan əvvəlki müqaviləsi 2010-cu ilə qədər nəzərdə tutulmuşdu.


«O, bizim təklifimizi qəbul etdi, göstərdiyimiz etimada görə təşəkkür etdi və dedi ki, ölkəsinin milli komandasına rəhbərlik etdiyinə görə özünü xoşbəxt sayır», - Türkiyə Futbol Federasiyasının rəhbəri Hasan Doğan Fateh Terimlə iyulun 1-dəki görüşündən sonra belə deyib.


XS
SM
MD
LG