Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

Qalmaqallı binanın sakinləri hələ də küçələrdədir


Sakinlər artıq məsələni məhkəmə müstəvisinə çıxarmaq üçün sənəd toplayırlar

Sakinlər artıq məsələni məhkəmə müstəvisinə çıxarmaq üçün sənəd toplayırlar

Bakının Yasamal rayonu, Ələkbər Ələsgərov küçəsi 546-cı məhəllədə yaşayan binanın sakinlərinə mənzillərinə qayıtmağa icazə verilməyib. Buna iyulun 1-də əraziyə baxış keçirən mütəxəssislərin hələlik öz rəylərini açıqlamaması səbəb olub.


Binanın sakinləri iyunun 18-dən evlərindən çıxarılıblar.


Yasamal Rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev deyir ki, ekspertlərdən ibarət komissiya iyunun 25-də ilkin rəy hazırlayıb. Bu rəyə görə, bina qəzalı sayılıb. Binanın uçurulub, yoxsa əsaslı təmir ediləcəyi haqda qərar bir-iki günə veriləcək:


«Bina təmir ediləcəksə, yəqin ki, sakinlərə kirayə pulu veriləcək».


Bakı Şəhəri İcra Hakimiyyətinin Şəhərsalma və Arxitektura İdarəsinin əməkdaşı Minarə Hüseynova isə deyir ki, onlar bir daha mənzillərə baxış keçirəcəklər. Amma bu dəfə binanın bünövrəsini yoxlamaq üçün texniki qurğular gətiriləcək.


Yasamal Rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev isə bildirir ki, sakinlər komissiyanın rəyi açıqlanana qədər öz mənzillərinə buraxılmayacaqlar.


Sakinlərin harda qalacağı isə onların öz öhdəsinə buraxılıb.


Ekspertlər isə hesab edirlər ki, əgər bina qəzalı sayılırsa, ilk növbədə sakinlər rəsmi qərarla tanış edilməli və onlar dövlət hesabına müvəqqəti yaşayış sahəsilə təmin olunmalıdırlar.


Sakinlər isə artıq məsələni məhkəmə müstəvisinə çıxarmaq üçün sənəd toplayırlar.


Bakının Yasamal rayonu, Ələkbər Ələsgərov küçəsi 546-cı məhəllədə yerləşən 18 bloklu binanın 5, 6 və 7-ci bloklarında ciddi problemlər yarandığı iddia edilir. Məhz bu əsasla Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin bloklarda yaşayan 38 ailəni zorla köçürüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG