Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:11

«Sərhədsiz Reportyorlar» məhkəmə qərarının ədalətsiz hesab edir


Jurnalist Aqil Xəlili məhkəməyə zorla aparmaq barədə qərar qəbul olunub və işi polisə tapşırıblar. «Sərhədsiz reportyorlar» qərarın ədalətsiz olduğunu bildirir.


İyulun 1-də keçirilən məhkəmədə Aqil Xəlili bıçaqlamaqda günahlandırılan Sergey Strekalinin işinə baxılıb. Aqil Xəlil məhkəməyə yenə gəlməyib. Dövlət ittihamçısı və müdafiə tərəfi Aqil Xəlilin məhkəməyə məcburi gətirilməsini istəyib. Məhkəmə heyəti onların istəyinə uyğun qərar çıxarıb və Aqil Xəlili məhkəməyə gətirməyi Nəsimi rayon polisinə tapşırıb.


«Sərhədsiz reportyorlar» təşkilatı məhkəmənin qərarının ədalətsiz olduğunu deyir. Təşkilatdan Elza Vidal bildirib:


«Bu ədalətsiz qərardır. Çünki bu məhkəmə Strekalinin məhkəməsi olmamalıdır. Biz ümid edirik ki, bu qəmgin olaya düzgün həllini tapılacaq. Amma hökumətin buna istəyi olmadığını görürük. Hökumət tez-tez hücuma məruz qalan gənc, müstəqil jurnalisti tutub saxlamaqdadır. İstəyərdik ki, bu metodlardan əl çəkib, Aqil Xəlilə hücum edən əsil şübhəliləri məhkəməyə çəksinlər».


Aqil Xəlilin həyatına iki dəfə sui-qəsd edilib. Jurnalist bunların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.


XS
SM
MD
LG