Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Azərbaycan ərzaq təhlükəsizliyi proqramı hazırlayıb


«İl ərzində ölkədə əlavə olaraq 350 min ton buğda istehsalı gözlənilir»

«İl ərzində ölkədə əlavə olaraq 350 min ton buğda istehsalı gözlənilir»

Azərbaycan özünün ərzaq təhlükəsizliyi proqramını hazırlayıb. Sənəd təsdiq üçün bu günlərdə Nazirlər Kabinetinə təqdim olunacaq. Bu barədə Kənd Təsərrüfatı naziri İsmət Abbasov iyulun 1-də məlumat verib:


«Hazırda ölkənin ərzaq təhlükəsizliyinin təmini üçün işlər görülür. Hesab edirəm ki, yaxın 1-2 ildə ölkədə ümumiyyətlə istifadə olunan məhsulların 80 faizi yerli istehsal olacaq».


Cənab Abbasov deyib ki, aqrar sənayenin inkişaf strategiyası da hazırdır və tezliklə təsdiqlənəcək.


Nazirlər Kabineti bu yaxınlarda dövlət təsərrüfatlarının dəstəklənməsi haqqında qərar qəbul edib.


Rəsmi statistikaya görə, Azərbaycan ixracının cəmi 5-6 faizi ərzaq məhsullarının payına düşür. Amma bir sıra müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanın ərzaq məhsullarına ehtiyacının yalnız 50-60 faizi daxili istehsal hesabına ödənilir. Amma normada bu göstərici 80-90 faizə bərabər olmalıdır.


İsmət Abbasov deyir ki, ərzaq təhlükəsizliyi problemi bu ilin əvvəlində dünyada taxılın qiyməti bahalaşarkən meydana çıxıb. Amma onun fikrincə, Azərbaycan bu problemin öhdəsindən gəlib:


«Əkin sahələri artırılıb və il ərzində ölkədə əlavə olaraq 350 min ton buğda istehsalı gözlənilir. Artıq ümumilikdə 1.2 milyon tondan çox buğda istehsal olunub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 320 min tondan artıqdır».


İ.Abbasovun sözlərinə görə, dünyada taxılın qiyməti hələ kəskin aşağı düşməyibsə, Azərbayanda da belə ucuzlaşma gözlənilmir.


Nazir onu da deyib ki, iyulun sonundan başlayaraq yanacaq, sürtkü yağları və mineral kübrələrin istifadəsinə görə, kənd təsərrüfatı istehsalçılarına 50 faizlik subsidiyaların verilməsinə başlanılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG