Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:27

«Dağlıq Qarabağı Ermənistan işğal edib»


«Mən bir həftədən sonra Ermənistanda olacağam. Orda da bu sözü deyəcəyəm»

«Mən bir həftədən sonra Ermənistanda olacağam. Orda da bu sözü deyəcəyəm»

«Dağlıq Qarabağı Ermənistan işğal edib. Avropa Şurası Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Mən bir həftədən sonra Ermənistanda olacağam. Orda da bu sözü deyəcəyəm».


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Luis Mariya de Puç iyulun 1-də parlamentdə siyasi partiyaların nümayəndələri ilə görüşdə belə deyib.


O, bildirib ki, AŞ PA-nın son sessiyasında qəbul olunan qətnamədə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı dəstəklənib.


Puç deyib ki, AŞ PA Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir.


AŞ PA sədri Luis Mariya de Puç Azərbaycana iyunun 30-u gecə gəlib. Puç Bakıda dörd gün olacaq. Bundan sonra Moldova və Ermənistana gedəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG