Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:42

Qara Qarayev prospektində «yaşıl soyqırım»


«Yerli-yersiz hər necə oldu tikirlər! Ağaclara da adamın yazığı gəlir»

«Yerli-yersiz hər necə oldu tikirlər! Ağaclara da adamın yazığı gəlir»

30 il əvvəl Bakının Qara Qarayev prospekti boyu 1000-ə yaxın ağac əkmiş Xanım nənə indi hər axşam ürək ağrısından yata bilmir. Buna səbəb isə metronun «Qara Qarayev» stansiyasından «Xalqlar Dostluğu» stansiyasına qədər olan ərazilərdə ağacların dəmir hasara alınmasıdır:


«Bu ağacları 30 il əvvəl əkmişik. Bir ağac 10 ilə böyüyür, onlar isə beş dəqiqəyə kəsirlər».


Amma ağac kəsimindən narahat olan təkcə Xanım nənə deyil. Metronun «Neftçilər» stansiyasının, hasarlanmış ərazilərin ətrafında Bakı sakinlərinə «bu hasarlanmış ərazidə nə baş verir» sualı ilə müraciət etdik:



- Yerli-yersiz hər necə oldu tikirlər! Ağaclara da adamın yazığı gəlir. Hasara alıblar, yəqin ki, bu ağaclar da kəsiləcək. Ağacları axşamlar kəsirlər ki, görən olmasın. Səsdən yata bilmirik. Kəsilməsini, ağacların yıxılmasını görürük, adamın ürəyi ağrıyır.


Nizami Rayon İcra Hakimiyyətinin icra başçısının müavini Ərrəhman Həsənov isə sakinlərin narahatlığına əsas görmür:


«Ağacların qırılmasından söhbət gedə bilməz. Abadlıq işləri aparılır».


«Nə abadlıq eee?», - Xanım nənə isə Həsənovun cavabına belə reaksiya verir.


Xanım nənənin əli ilə işarə etdiyi yerdə həqiqətən tikinti işləri gedirdi. Binanın ikinci mərtəbəsi artıq tikilmişdi. İcra başçısının müavini Ərrəhman Həsənov buna da öz münasibətini bildirdi:


«Belə şeylər qaçılmazdı. Mən bunu sizə bir inşaatçı kimi deyirəm. Hər hansı bir guşənin yaradılması üçün ağacın yerinin dəyişdirilməsi zərurəti yaranır».



Nizami Rayon İcra Hakimiyyətindən deyirlər ki, bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Şəhər İcra Hakimiyyətinin razılığı əsasında aparılır. ETSN-dən isə bunu təkzib edirlər:


- Ağaclar kəsilməyə başlanmamışdan əvvəl sakinlər zəhmət çəkib nazirliyə məlumat verərdilər.


- Axı indi tikili gedən ərazinin ətrafındakı ağaclar da hasara alınıb və vətəndaşlar qorxurlar ki, onları da kəsərlər.


- Bu başqa məsələ, ora adam göndərərlər, yerində baxarlar, doğurdan da ağac kəsintisi varsa, ya cərimələyər, ya da ki, informasiya verərlər.


Nazirlik rəsmisi onu da deyir ki, ETSN ağacların kəsilməsinə heç vaxt göstəriş verə bilməz.


Günün bütün mövzuları

XS
SM
MD
LG