Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:30

AŞPA sədri seçkiqabağı vəziyyəti müzakirə etməyə gəlir


AŞPA sədri ümid edir ki, birinci şəxslərlə danışıqlar problemlərin həllinə kömək edəcək

AŞPA sədri ümid edir ki, birinci şəxslərlə danışıqlar problemlərin həllinə kömək edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luis Mariya de Puig Bakıya gəlir. Məqsəd Azərbaycanda seçkiqabağı vəziyyəti müzakirə etməkdir.


Puig Bakıda 4 gün olacaq. Hökumət rəsmiləri, müxalifət, QHT-lər və səfirlərlə görüşəcək.


Bu səfər ötən həftə Assambleyanın yay sessiyasında Azərbaycanla bağlı keçirilmiş debatlardan sonraya təsadüf edir.


Avropa Şurasının Bakıdakı İnformasiya Ofisinin direktoru İlqar İbrahimli «Azadlıq» radiosuna deyib ki səfərin məqsədi xüsusi olaraq iyunun 24-də AŞPA-da qəbul olunmuş «Azərbaycanda seçkiöncəsi demokratik təsisatların vəziyyəti» adlı qətnamə ilə bağlı görüləsi işləri müzakirə etməkdir.


Həmin qətnamədə Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılması kimi məsələlər var.


AŞPA sədri ümid edir ki, ölkənin birinci şəxsləri ilə danışıqlar problemlərin həllinə kömək edəcək.


Puig həmçinin həbsdə olan üç jurnalistlə görüşməyi planlaşdırır.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə «Azadlıq» radiosuna deyib ki, Puigin səfəri tanışlıq xarakteri daşıyır, çünki o, regionda olmayıb.


Bununla yanaşı Seyidov deyib ki səfər vacibdir çünki oktyabrda Azərbaycanda seçki keçiriləcək: «Azərbaycan monitorinq altında olan dövlətlərdən biridir. Hesab edirəm ki, danışıqlar konstruktiv əlaqələrin genişlənməsnə xidmət edəcək».


AŞPA sədri Bakıdan sonra Moldova və Ermənistana da gedəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG