Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:09

«Azərbaycan Madrid təklifləri ilə bağlı yeni şərh verib»



Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinə Madrid təklifləri ilə bağlı yeni şərh verib.


Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib.


Amma o, şərhin mahiyyətini açıqlamayıb. Deyib ki, ümumi çərçivə var və Azərbaycanın da mövqeyi bundan kənara çıxmır.


Həmsədrlər ötən həftə Bakıda olublar. Sonra Yerevana və Xankəndinə gediblər.


İyunun 30-da vasitəçilər Vyanaya yola düşüblər. Orada ATƏT-in Minsk Qrupu formatında geniş iclası və təşkilatın Daimi Şurasının üzvləri ilə danışıqlar olmalıdır.


Xəzər İbrahim onu da deyib ki, danışıqların növbəti raundları barədə hazırda heç bir razılaşma yoxdur.


XS
SM
MD
LG