Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:12

Muqabe prezident seçkisində qələbə çaldığını elan edib


Zimbabve müstəqillik qazanandan bu ölkəyə Robert Muqabe rəhbərlik edir

Zimbabve müstəqillik qazanandan bu ölkəyə Robert Muqabe rəhbərlik edir

Zimbabvenin dövlət başçısı Robert Muqabe növbəti prezident seçkisində qələbə çaldığını elan edib. O, səslərin böyük hissəsini qazandığını deyib.


R.Muqabe seçkinin ikinci turunda yeganə namizəd idi. Birinci turda iştirak etmiş müxalifət lideri Morqan Tsvanqirai namizədliyini geri götürmüşdü. Buna hökumətin onun tərəfdarlarına qarşı tətbiq etdiyi kütləvi cəzalar səbəb olmuşdu.


Beynəlxalq aləm seçkinin ikinci turunu pisləyib. ABŞ prezidenti Corc Buş deyib ki, Birləşmiş Ştatlar Zimbabveyə sanksiyalar tətbiq edəcək. BMT-nin Təhlükəsizlik Şurası da seçkinin nəticəsindən təəssüfləndiyini bildirib.


Zimbabvedə prezident seçkisinin ikinci turu iyunun 27-də keçirilib.


Zimbabve 1980-ci ildə müstəqillik qazanandan bu ölkəyə Robert Muqabe rəhbərlik edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG