Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:23

Karlosun qolu «Neftçi»ni növbəti mərhələyə çıxardı


«Neftçi» ikinci mərhələdə Belçika klubu ilə qarşılaşacaq

«Neftçi» ikinci mərhələdə Belçika klubu ilə qarşılaşacaq

Bakının «Neftçi» futbol klubu UEFA İntertoto kubokunda növbəti mərhələyə yüksəlib. Slovakiyanın «Nitra» klubu ilə qarşılaşan Bakı klubu məğlub olsa da, səfərdə vurulan qol hesabına növbəti mərhələyə yüksələ bilib. «Neftçi»nin rəsmi saytının (www.neftchipfc.com) məlumatına görə, qarşılaşmanın 21-ci dəqiqəsində «Nitra» hesabı açıb. Vladimir Miçoviç Robert Semenikin zərbəsinin qarşısını almaqda aciz qalıb - 1:0. İkinci hissənin ilk dəqiqələrində Adrian Çeman ikinci topu «Neftçi»nin qapısından keçirib. 84-cü dəqiqədə Semenik daha bir qol vurub - 3:0.


Bundan az sonra ikinci hissədə Bakı klubunun heyətində Nazar Bayramovu əvəz etmiş Joze Karlos «Nitra»nı məyus edib - 3:1.


İyunun 21-də Bakıda keçirilən ilk oyunda «Neftçi» 2-0 hesabı ilə qalib gəldiyindən ümumi hesab 3:3 olub. Ancaq braziliyalı forvardın səfər qolu «Neftçi»ni növbəti mərhələyə daşıyıb.


«Neftçi» ikinci mərhələdə Belçikanın «Jerminal» klubu ilə qarşılaşacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG