Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:47

NATO Azərbaycanda həyata keçirilən layihələrə 40 milyon avro xərcləyib


NATO Sülh Naminə Tərəfdaşlıq (PfP) Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən 20 layihəyə 40 milyon avro vəsait xərcləyib.


Bu barədə Bakıda keçirilən PfP Etimad Fondunun seminarında bildirilib.


Bu layihələr arasında «Azeco» laboratoriyasının yaradılması, «Partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsi», «Melanjın (raket yanacağı) ləğvi layihəsi» və s. iri layihələr var.


NATO-nun Maddi Texniki Təchizat Agentliyinin (NAMSA) meneceri Bülənd Tudeş isə APA -ya açıqlamasında bildirib ki, növbəti mərhələdə daha bir neçə layihənin reallaşdırılması nəzərdə tutulur. Bu çərçivədə «Saloğlu» layihəsinin üçüncü mərhələsi, həmçinin silah arsenalının və hərbi texnikaların modernləşdirilməsi, minaların təmizlənməsi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsi gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG