Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:58

«Bir-iki silahın nümayişi hələ NATO standartları sayıla bilməz»


Paradda nümayiş olunan silahların bir hissəsi NATO standartlarına uyğun idi
Paradda nümayiş olunan silahların bir hissəsi NATO standartlarına uyğun idi

«Azərbaycanın bütün qoşun növlərində ştat strukturları və təşkilati işlər NATO standartlarına uyğunlaşdırılıb».


Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Eldar Sabiroğluna məxsusdur. O, deyir ki, Silahlı Qüvvələr Günü paradda nümayiş olunan hərbi texnikanın NATO istehsalı olmaması o demək deyil ki, ordunun texniki təchizatı bu standartlara uyğun deyil:


«NATO-ya yeni üzv olan Şərqi Avropa ölkələri var. Onların hamısında hələ də sovet silahlarıdır. Onda həmin ölkələri NATO-ya qəbul etməməliydilər? Mən bu fikirlə razı deyiləm. Azərbaycan ordusunda pilotsuz təyyarə görmüşdünüzmü? Amma hərbi paradda bu təyyarələr nümayiş olundu».


E.Sabiroğlu deyir ki, hazırda Azərbaycan ordusu öz fəaliyyətini NATO-nun hərbi prinsipləri üzərində qurur. Bəs Azərbaycan Alyans standartlarına uyğun silahları hansı ölkələrdən alır? Sabiroğlu bu haqda danışmaq istəmir.


«Manevr» Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Rəşad Süleymanov isə deyir ki, paradda nümayiş olunan silahların bir hissəsi NATO standartlarına uyğun idi:


«Həmin hərbi texnikaların, tankların, «BTR»lərin gövdəsi Sovet istehsalı olsa da, onlar NATO-da istifadə olunan analoji avadanlıqlarla (rabitə, mərmilərin kalibri və s.) təchiz olunmuşdu».


R.Süleymanov deyir ki, parada qatılan hərbçilərin əllərindəki avtomatlar Almaniya və İsrail istehsalı idi. Rusiya istehsalı olan «Kalaşnikov» avtomat silahları üzərində də müəyyən modernləşmə işləri aparılır. Bundan başqa, pilotsuz kəşfiyyat təyyarələri də NATO üzvü olan ölkələrdən birindən alınıb.


«NATO artıq Azərbaycanın istehsal edəcəyi hərbi texnika və silahların Alyans standartlarına uyğunlaşdırılmasında Bakıya yardımlar etməyə hazırlaşır», - deyə R.Süleymanov bildirir.


Hərbi ekspert Üzeyir Cəfərov da paradı müsbət qiymətləndirir. Amma hesab edir ki, nümayiş olunan texnika ilə Azərbaycan ordusunun NATO standartlarına nə qədər uyğun olub-olmadığını demək xeyli çətindir. Onun fikrincə, ordunun NATO standartlarına uyğunlaşması ilk növbədə bu sahədə hüquqi bazanın yenilənməsi ilə bağlıdır:


«Geyim və bir-iki silah-sursatın nümayişi hələ NATO standartları sayıla bilməz. Digər tərəfdən, hərbçilər özlərini həm maddi, həm də mənəvi baxımdan o standartların içərisində hiss etməlidirlər. Zabit və gizirlərin aldığı maaş da NATO əsgərlərinin aldığı məvacib qədər olmalıdır».


Ü.Cəfərov ordunun NATO-ya uyğunlaşdırılmasıyla bağlı atılan addımları yetərli saymır.


Bakıda olan NATO Baş katibinin xüsusi nümayəndəsi Robert Simmons da paradı yüksək qiymətləndirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG