Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Mahal İsmayıloğlu Polis İdarəsinə çağırıldı


«Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu

«Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu

«Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu Abşeron Rayon Polis İdarəsinə çağırılıb. Bu haqda «Azadlıq» radiosuna M.İsmayıloğlu özü məlumat verib. Jurnalistin sözlərinə görə, idarədə Novxanıdakı bağ qonşusunun ondan şikayət etdiyini bildiriblər: «Guya həmin şəxsin qulluqçusunu zibili mənim evimin qapısının ağzına tökdüyünə görə döymüşəm».


Mahal İsmayıloğlu əslində belə bir hadisənin baş vermədiyini deyib.


Jurnalist «Turan»a deyib ki, onu polisə şahid qismində çağırıblar. Lakin idarədə ona deyiblər ki, istintaq başlayıb: «Mənə başqa heç nə demədilər». Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Adil Ələsgərov M.İsmayıloğlunun qonşusunun şikayəti əsasında şahid qismində dəvət edildiyini təsdiqləsə də, başqa məlumat verməyib.


Jurnalist idarədə bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılıb.


Mahal İsmayıloğlu uzun müddət Prezidentin İşlər İdarəsinin təsisçisi olduğu «Xalq qəzeti»nin baş redaktoru olub. 2002-ci ildə tutduğu vəzifədən azad edilib.


Hazırda müxalifyönlü «Yeni Müsavat» qəzetində hakimiyyəti tənqid edən köşə yazıları ilə çıxış edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG