Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:45

«Mən bilmək istəyirəm ki, bu göstərişi hansı dövlət orqanı verib»


Millət vəkili Cəmil Həsənli «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin ölkədən hansı səbəbdən buraxılmamasının səbəblərini aydınlaşdırmaq üçün Dövlət Sərhəd Xidmətinə sorğu göndərir.


C.Həsənli bildirir ki, istintaq materiallarında A.Xəlilin zərərçəkmiş kimi tanınmasına baxmayaraq onun ölkədən buraxılmamasında qaranlıq məqamlar var:


«İstintaq və məhkəmə orqanları bidirirlər ki, Aqil Xəlilin ölkədən çıxmasına heç bir qadağa qoymayıblar. O halda mən bilmək istəyirəm ki, bu göstərişi hansı dövlət orqanı verib».


Millət vəkili daha bir deputat sorğusunu isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynlinin döyülməsi faktının araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərib: «Jurnalistlərə qarşı törədilən belə hadisələrin araşdırılmasında ləngimələrə yol verilir. Sonra da müxtəlif vasitələrlə ört-basdır edilir».


Günün bütün mövzuları

XS
SM
MD
LG