Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:24

«Tərəflərdən növbəti addım gözləyirik»


«Bu səfər Sankt-Peterburq danışıqlarından sonra yaranmış vəziyyəti öyrənmək üçündü»

«Bu səfər Sankt-Peterburq danışıqlarından sonra yaranmış vəziyyəti öyrənmək üçündü»

Bunu Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov «Azadlıq» radiosuna bildirib. O, deyib ki, bu addım xarici işlər nazirləri səviyyəsində danışıqların detalları üzrə müzakirələrin davamı ola bilər.


Həmsədrlər iyunun 27-də Bakıda rəsmi danışıqlara başlayıblar. Gün ərzində prezident və xarici işlər naziri ilə görüşəcəklər.


Merzlyakov deyib ki, vasitəçilərin hazırkı səfəri Sankt-Peterburq danışıqlarından sonra yaranmış vəziyyəti öyrənmək arzusundan irəli gəlir.


«Hər iki prezident bizə söz veriblər ki. danışıqları davam etdirməyə hazırdırlar»


Amerikalı həmsədr Metyu Brayza isə deyib ki, irəliləyiş əldə etmək üçün tərəflərdən kiçik addım və iradə lazımdır. Həmsədrlər ümid edir ki tərəflər bunu edə bilərlər.


Bakıda görüşlərini başa vurduqdan sonra həmsədrlər Yerevana yola düşəcəklər. İyunun 29-da isə vasitəçilər Xankəndidə olacaqlar.


Regiona səfərini başa vurduqdan sonra üç həmsədr Vyanada müzakirələrini ATƏT rəsmiləri ilə davam etdirəcəklər.


XS
SM
MD
LG