Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

«Əsl sülhü yaratmaq müdriklik, mənəvi güc və iradə tələb edir»


Fasye Bakıya iyunun 25-də gəlib

Fasye Bakıya iyunun 25-də gəlib

«Hər iki ölkə liderləri istər Azərbaycandakı seçkidən əvvəl, istərsə də sonra təkliflərimizi qəbul etsələr yaxşı olar. Əsas məsələ odur ki, danışıqların ipi itməsin».


Bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye «Azadlıq» radiosuna bildirib.


Diplomat deyib ki, üç həftə əvvəl Sankt-Peterburqda prezidentlər həmsədrlərə və Xarici İşlər nazirlərinə əvvəlki təkliflərin üzərində işləməyi tapşırıblar.


Söhbət ötən ilin sonunda Madriddə tərəflərə təqdim olunmuş baza prinsiplərindən gedir.


Fasyenin fikrincə, əgər bu dəfə prezidentlərdən təkliflərə qaneedici cavab alsalar, bu, sülh sazişinin hazırlanmasına stimul olacaq. Əks halda ortaq məxrəcə gəlmək çətin olacaq:


«Əsl sülhü yaratmaq müdriklik, mənəvi güc və iradə tələb edir».


Həmsədr onu da bildirib ki, qəbul olunacaq saziş bütün tərəflərin mövqelərini ifadə etməlidir.


Fasye Bakıya iyunun 25-də gəlib və bu gün keçirilən hərbi parada iştirak edib. Günün ikinci yarısında Rusiyadan olan vasitəçi Yuri Merzlyakov da Bakıya gəlməlidir. İki həmsədr regiona səfərləri ilə bağlı müzakirə aparacaqlar. Gecəyarısı amerikalı həmsədr Metyu Brayza da Bakıya gələcək.


Həmsədrlərin Azərbaycan və Ermənistan rəhbərləri ilə rəsmi danışıqları isə iyunun 27-də başlayır.


Həmin gün səhər onlar Bakıda prezident İlham Əliyevlə, axşam isə Yerevanda Xarici İşlər naziri Edvard Nalbandyanla görüşlər keçirəcəklər. Ermənistan prezidenti ilə görüş isə iyunun 28-də olacaq. Sonra vasitəçilər Xankəndiyə yollanacaqlar.


Regiona səfəri tam başa vurduqdan sonra isə həmsədrlər müzakirələri davam etdirmək üçün Vyanaya gedəcəklər. Orada ATƏT-in Minsk Qrupunun geniş iclası və təşkilatın Daimi Şurasının üzvləri ilə danışıqlar olmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG