Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:21

Fateh Terim gedir


«Hamınıza çox təşəkkürlər. Hamınız haqqınızı halal edin»

«Hamınıza çox təşəkkürlər. Hamınız haqqınızı halal edin»

Türkiyə milli futbol yığmasının baş məşqçisi Fateh Terim istefa verib. O, bu qərarı Avropa Çempionatının yarımfinalında Almaniya ilə qarşılaşmadan dərhal sonra verib.


«Hər biriniz qəhrəmansınız. Sizinlə davam etmək istərdim. Amma düşünürəm ki, bu mümkün olmayacaq. Hamınıza çox təşəkkürlər. Hamınız haqqınızı halal edin», - deyə Fateh Terim matçdan sonra tək-tək hər bir futbolçu ilə vidalaşıb.


Türkiyə Futbol Federasiyasının rəhbəri Həsən Doğan deyib ki, «Terim dünya səviyyəli dəyərimizdir. Ona dəstək verməyimiz lazımdır. Onunla danışdım. Amma yenə də danışacağım. Fateh Terimi buraxmayacağıq».


«Adana sehrbazı» təxəllüsü qazanan Fateh Terim məşqçi karyerasını İtaliyanın «Napoli» və ya «Cenoa» klublarında davam etdirə bilər. Bunu İtaliya idman mətbuatı xəbər verib.


Milli komandaya vida edən oyunçular arasında 35 yaşlı qapıçı Rüştü Reçber də var.


Futbol üzrə Avropa Çempionatının yarımfinalında Türkiyə 2:3 hesabı ilə Almaniyaya məğlub olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG