Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:22

Parad başa çatdı


Azərbaycanda ordu 1918-ci il iyunun 26-da Cümhuriyyət parlamentinin qərarı ilə yaradılıb

Azərbaycanda ordu 1918-ci il iyunun 26-da Cümhuriyyət parlamentinin qərarı ilə yaradılıb

İyunun 26-sı Azərbaycan Ordusunun yaradılmasının 90 illiyidir. Bununla bağlı saat 12.00-da Bakıda hərbi parad olub. Müdafiə naziri Səfər Əbiyev prezident İlham Əliyevə silahlı qüvvələrin parada hazır olmaları barədə hesabat verdi.


Prezident İlham Əliyev çıxış edib. O, dövlətin daim orduya xüsusi diqqət göstərdiyini bildirib. Azərbaycan silahlı qüvvələrinin qarşıda duran vəzifələri yerinə yetirəcəyinə əmin olduğunu vurğulayıb.


Bundan sonra silahlı qüvvələrinin şəxsi heyətinin yürüşü başlayıb. Təyyarələr Bakı üzərində tüstü şəklində Azərbaycanın üçrəngli bayrağının çızıblar.


***


Paradda Silahlı Qüvvələrin şəxsi heyətindən 4 min 500 nəfər iştirak edir.


Parada 210 hərbi texnika, 19 vertolyot, 25 təyyarə, 31 gəmi və bir kater çıxarılıb.


Paradla bağlı şəhərin çox yerində hərəkət artıq məhdudlaşdırılıb.


Bu parad 1992-ci ildən bəri keçirilən ikinci hərbi paraddır.


Azərbaycan ordusu 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə yaradılıb. Azərbaycan ikinci dəfə müstəqil olandan sonra, 1991-ci ilin sentyabrında Ali Sovet Müdafiə Nazirliyinin, oktyabrın 9-da isə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edib.



Günün bütün mövzuları

XS
SM
MD
LG