Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:57

«Müxalifətdə də bütpərəstlik xəstəliyi kök salmaqdadır»


«Digər partiyalarda da bir yaplaşma prosesi gedir»
«Digər partiyalarda da bir yaplaşma prosesi gedir»


Seçkilər ərəfəsi siyasi partiyalar üçün məsuliyyətli dövr sayılır. Ona görə də partiyadaxili demokratiyaya əməl edilməsi bu dövr xüsusilə əhəmiyyət kəsb edir. Artıq indi ayrı-ayrı partiyalar seçkidə iştirak-edib etməyəcəkləri ilə bağlı öz qərarlarını açıqlamaqdadırlar. Ancaq müşahidələrə görə, bütünlükdə cəmiyyət seçki əhval-ruhiyyəsindən uzaq qaldığı kimi, sıravi partiya üzvləri də belə qərarların qəbulunda söz sahibi deyillər. Şərhçi Zöhrab İsmayıl bunu getdikcə daxili demokratiyanın müxalifət partiyalarında da zəifləməsi ilə izah edir:


«Təəssüf ki, digər partiyalarda da bir yaplaşma prosesi gedir. Nə rəhbər strukturların seçilməsi, nə də hansısa qərarların qəbulu zamanı demokratiya qorunur. Ali orqanı o vaxt çağırırlar ki, onlara hansısa qərarı legitimləşdirmək qalır».


Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı isə deyir ki, demokratik prinsiplərə sədaqət baxımından müxalifət partiyalarını hakimiyyətlə eyniləşdirmək düzgün deyil. O, yada salır ki, Müsavat Partiyasının seçkidə iştirakla bağlı ilkin qərarını onlar qurultayda veriblər. Yekun qərarın çıxarılmasında da partiyadaxili müzakirələri qorumaq niyyətindədirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının boykot qərarını isə bu partiyanın Rəyasət Heyəti vermişdi. Partiya sədrinin müavini Nurəddin Məmmədli deyir ki, bunda nizamnaməyə zidd heç nə yoxdur. Çünki Ali Məclis bununla bağlı Rəyasət Heyətinə səlahiyyət verib:


«Digər tərəfdən biz sentyabrda öz qurultayımızı keçirəcəyik. Orada daha geniş müzakirədə yekun qərar veriləcək».



«Nə rəhbər strukturların seçilməsi, nə də hansısa qərarların qəbulu zamanı demokratiya qorunur. Ali orqanı o vaxt çağırırlar ki, onlara hansısa qərarı legitimləşdirmək qalır»

Ancaq məsələ heç də qərarların dar və geniş çərçivədə qəbulunda deyil. Zöhrab İsmayıl deyir ki, indi müxalifət partiyalarının ali orqanlarında verilən qərarları daha çox rəhbərlik yönəldir. Sıravi üzvlərə bir çox hallarda rəhbərliyin mövqeyini təsdiqləmək qalır.


Müsavat Partiyası Divanının üzvü Hikmət Hacızadə də etiraf edir ki, hakimiyyətdə olduğu kimi, müxalifət partiyalarında da bütpərəstlik, liderlik xəstəliyi kök salmaqdadır:
«Bunun səviyyəsi var da. Balla götürsək, tutaq ki, bütpərəstlik hakimiyyətdə 10, Müsavatda 3-dür».


Hakim Yeni Azərbaycan Partiyasında isə müxalifətin demokratik ənənələrə sədaqətlilik baxımından özlərini onlardan üstün tutmaları ilə razılaşmırlar. Yeni Azərbaycan Partiyasının ideoloqları hesab edirlər ki, hər seçkidə uduzan müxalifət partiyalarına on illərlə eyni adamların rəhbərlik etməsi demokratiya ilə bir araya sığmır.


Zöhrab İsmayıl isə deyir ki, müxalifət partiyalarında daxili demokratiyanın get-gedə zəifləməsi heç də təsadüf deyil. Onun fikrincə, Əliyevlər hakimiyyəti ilə mübarizə aparıb onu devirmək istəyən müxalifət partiyaları illər keçdikcə Heydər Əliyev idarəçiliyini qəbul etməyə başladılar. Halbuki, hakimiyyətlə mübarizədə onların ən böyük üstünlükləri həm öz tərəfdarlarını, həm də cəmiyyəti demokratikləşmə prosesinə cəlb etmək olardı:


«Sən əsas silahını, yəni demokratiyanı öz daxilində ölümə məhkum edirsən. Belədə nə partiya yaşayar, nə də cəmiyyət mübarizəyə səfərbər edilər. Bu halda isə Azərbaycanda getdikcə alternativsiz cəmiyyətin formalaşma təhlükəsi yaranır. Ölkədə onlarla hakimiyyət iddiası olan partiyalar mövcud olsa da…»


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG