Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06

Parad həmsədrlərin planını dəyişib


Həmsədrlər Bakıda iyunun 27-də olacaq. Sonra Yerevana gedəcəklər

Həmsədrlər Bakıda iyunun 27-də olacaq. Sonra Yerevana gedəcəklər

Azərbaycan ordusunun 90 illiyi münasibətilə keçirməyə hazırlaşdığı hərbi parad ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər planını dəyişib.


Bu barədə «Azadlıq» radiosuna rusiyalı həmsədr Yuri Merzlyakov bildirib.


Həmsədrlər Azərbaycan rəsmiləri ilə danışıqları iyunun 27-də aparacaqlar. Sonra Yerevana gedəcəklər.
Merzlyakov deyib ki, vasitəçilər parada da baxmaq istəyərdilər. Amma vaxt məhdudluğu üzündən bunu yalnız həmsədrlərdən biri - Fransadan olan Bernar Fasye edə biləcək.


Fransalı diplomat Bakıya iyunun 25-də gecə gələcək.


Həmsədrlərin səfəri ölkə prezidentlərinin görüşündən 3 həftə sonraya təsadüf edir. Prezidentlər sonuncu dəfə Sakt-Perterburqda görüşüblər və bu tanışlıq xarakteri daşıyıb.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə «Azadlıq» radiosuna deyib ki, iyunun 26-da keçiriləcək hərbi parad Azərbaycanın öz gücünün nümayişi xarakteri daşıyır. Amma xaricə yox, öz vətəndaşlarına.


«Azərbaycan xaricdə heç kimə nəyisə nümayiş etdirmək fikrində deyil. Biz öz bayramımızı qeyd edirik. Bütün dövlətlərdə olduğu kimi, hərbi bayram zamanı bütün texnika nümayiş etdirilir. Azərbaycann bununla öz vətəndaşlarına göstərmək istəyir ki, ölkədə inkişaf gedir, dövlət quruculuğu davam edir və hərbi sektorumuz da bu sahələrdən geri qalmır».


Xəzər İbrahim deyib ki, hərbi paradın sülh danışıqlarına heç bir aidiyyatı yoxdur və Bakı bununla sepkulyasiya edilməsinə qarşıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG