Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:37

«Seçkilərin demokratik keçməsi üçün söz azadlığı lazımdır»


Terri Devis əmindir ki, hakimiyyət AŞPA-nın tövsiyələrinə ciddi yanaşacaq
Terri Devis əmindir ki, hakimiyyət AŞPA-nın tövsiyələrinə ciddi yanaşacaq

«Seçkilərin kifayət qədər demokratik keçməsi üçün Azərbaycana azad media və söz azadlığı lazımdır. Mən elə vurğunu bunun üzərinə qoymaq istəyirəm». Avropa Şurası baş katibi Terri Devis iyunun 25-də keçirdiyi mətbuat konfransında belə deyib:


«Siz iki şeyi bir-birindən ayırmalısınız. Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Şurasının qalan hissəsi. Mən Parlament Assambleyasının qərarını şərh etmək istəmirəm və onun icrası hakimiyyətin işidir».


Amma baş katib əmin olduğunu bildirib ki, Azərbaycan hakimiyyəti Parlament Assambleyasının tövsiyələrinə ciddi yanaşacaq və nə etmək barədə qərar verəcək. Baş katib xatırladıb ki, təkcə AŞPA yox, Nazirlər Komitəsi də Azərbaycanla bağlı vəziyyətə dair narahatlığını bildirib: «Bir müddət əvvəl mən də baş katib kimi özümün ciddi narahatlığımı ifadə etmişdim. Xüsusilə də jurnalistlərin vəziyyəti ilə bağlı».


Cənab Devis deyir ki, Azərbaycan hakimiyyəti jurnalistlərlə kifayət qədər ədalətli davranmır və hakimiyyətin bu davranışı onu qane etmir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG