Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:15

Paradda nümayiş etdiriləcək heyətin və hərbi texnikanın sayı açıqlandı


İyunun 26-da Bakıda parad keçiriləcək
İyunun 26-da Bakıda parad keçiriləcək

İyunun 26-sı səhər saat 10-da Bakının «Azadlıq» meydanında Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyinə həsr olunmuş parad keçiriləcək. Paradda Silahlı Qüvvələrin 4 min 510 nəfərdən ibarət şəxsi heyəti, 210 modernləşdirilmiş döyüş texnikası, 25 təyyarə, 19 vertolyot, 31 gəmi və kater nümayiş etdiriləcək.


Paradla bağlı şəhərin bir çox küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. İyunun 26-da Bakı Şəhər Polis Qarnizonu gücləndirilmiş iş rejimində ictimai təhlükəsizliyin qorunması üçün nümunəvi xidmət həyata keçirəcək. Bunu «Azadlıq» radiosuna Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyib.


İyunun 25-i axşam futbol üzrə Türkiyə millisi Avropa Çempionatının yarımfinalında Almaniya yığması ilə görüşəcək. Buna qədər Türkiyə yığmasının qələbələrini komandanın Bakıdakı azarkeşləri paytaxt küçələrində böyük coşqu ilə qarşılamışdılar.


Ehsan Zahidov deyir ki, bu axşam da futbol yarışmasının ictimai yerlərdə kütləvi şəkildə izlənəcəyi gözlənilir:


«Təki Türkiyə millisi qələbə qazansın. Əhalinin bu cür şadyanalığı, sevinci heç bir təhlükəli xarakter daşımır. Hər bir toplantı nəzarət altındadır».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG