Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:49

«Jurnalistə müttəhim kimi yox, zərərçəkmiş şəxs kimi yanaşın»


Hökumət son bir ayda Aqil Xəlilə 3 dəfə xaricə getməyə imkan verməyib

Hökumət son bir ayda Aqil Xəlilə 3 dəfə xaricə getməyə imkan verməyib

Jurnalistləri Müdafiə Komitəsi «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin məhkəmədə məcburi şəkildə iştiraka vadar edilməsini pisləyir. Komitənin yaydığı bəyanatda deyilir ki, məhkəmənin qərarı faktiki olaraq, Aqil Xəlilin hökumət tərəfindən sərbəst hərəkətinə qoyulmuş qanunsuz qadağanı sanksiyalaşdırıb.


Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqramının koordinatoru Nina Oqnyanova deyib ki, «bu, Azərbaycan hakimiyyətinin Aqil Xəlili sıxışdırmaq siyasətinin davamıdır. Biz Nəsimi Rayon Məhkəməsini öz müstəqilliyini nümayiş etdirməyə və jurnalistə qarşı müttəhim kimi yox zərərçəkmiş şəxs kimi, yanaşmağa çağırırıq».


İyunun 24-də Nəsimi Rayon Məhkəməsi «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin prosesdə iştirakını zəruri sayıb. Jurnalisti bıçaqlamaqda ittiham olunan Sergey Strekalin adlı şəxsə qarşı qəsdən sağlamlığa az ağır zərər yetirmə və narkotik əldə etmə və saxlama maddələri ilə ittiham irəli sürülüb. Strekalininin vəkili Aqil Xəlilin prosesdə şəxsən iştirakının zəruri olduğunu bildirib və bunu məcburi qaydada təmin etməyi təklif edib.


«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin həyatına bu il 2 dəfə qəsd olunub. Mart ayında onu bıçaqlayıblar. Jurnalist iddia edir ki, hazırda ittiham olunan Strekalin ona qəsd edən əsl şəxs deyil.


Hökumət son bir ayda Aqil Xəlilə 3 dəfə xaricə getməyə imkan verməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG