Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:46

«NATO Azərbaycandan dərin islahatlar gözləyir»


«NATO inanır ki, Azərbaycan heç bir müdaxilə olmadan öz seçimini etmək əzmindədir»
«NATO inanır ki, Azərbaycan heç bir müdaxilə olmadan öz seçimini etmək əzmindədir»

«NATO Azərbaycandan demokratiya sahəsində dərin islahatlar gözləyir». Bunu Bakıda səfərdə olan NATO Baş katibinin ictimai diplomatiya məsələləri üzrə köməkçisi Jan Fransua Buro «Azadlıq» radiosuna müsahibəsində bildirib.


O, deyib ki, demokratiya və azad seçkilər Azərbaycanın NATO ilə əməkdaşlığının və Avroatlantik məkana inteqrasiyasının bir hissəsidir:


«Oktyabrda keçiriləcək prezident seçkisi Azərbaycana demokratiyanın inkişafı üçün şans verəcək. Bu seçki habelə Azərbaycanın beynəlxalq icma qarşısında verdiyi vədlərə nə dərəcədə əməl etməsinin göstəricisi olacaq. Azərbaycan bizi əmin edib ki, seçki tam demokratik şəraitdə, sərbəst debatlar və azad müşahidəçilik altında keçiriləcək. Son qərarı ayrıca götürülmüş bir qrup insan yox, məhz Azərbaycan xalqı verməlidir. Biz inanırıq ki, məhz demokratiyanın inkişafı regionda gərginliyin qarşısını alacaq».


NATO rəsmisi deyib ki, Azərbaycan çox iş görməlidir. Belə ki, onun qoşulmaq istədiyi Avroatlantika məkanında enerji təhlükəsizliyi, demokratiya, insan hüquqları, stabillik və inkişafı əsas dəyərlər hesab edən demokratik dövlətlər cəmləşib:


«Biz indi gözləyirik. NATO inanır ki, Azərbaycan heç bir müdaxilə olmadan öz seçimini etmək əzmindədir. Biz Azərbaycanın qısa vaxtda necə təhlükəsiz ölkəyə, hətta təhlükəsizlik ixrac edən dövlətə çevrildiyinin şahidi olmuşuq. Bu uğurların demokratiya sahəsində də olmasını gözləyirik».


Jan Fransua Buro regionun inkişafına digər əngəl kimi münaqişələri göstərib. Onun sözlərinə görə, demokratiya bu problemləri də həll edə bilər.


Hazırda Azərbaycanla NATO Fərdi Tərəfdaşlıq və Əməliyyat Proqramının ikinci mərhələsini həyata keçirir. Yaxın vaxtlarda hərbi alyans sənədin icrası ilə bağlı qiymətləndirici hesabat hazırlayacaq.


İyunun 24-də Bakıda NATO-nun beynəlxalq məktəbinin binası açılıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG