Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:45

«Tolişi-Sədo»çulara hökm oxundu


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Tolişi-Sədo»çulara hökm oxunub
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Tolişi-Sədo»çulara hökm oxunub

İyunun 24–də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Talış Mədəniyyət Mərkəzinin sədr müavini, «Tolişi-Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədovu 10, qəzetin əməkdaşı Elman Quliyevi isə 6 il müddətinə azadlıqdan məhrum edib.


Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov «Azadlıq» radiosuna deyib ki, hökmün oxunması saat 15-ə təyin edilsə də, qərar günün birinci yarısında vəkillərin iştirakı olmadan elan edilib:


«Mən məhkəmənin katibliyindən dəqiqləşdirdim ki, Novruzəli Məmmədova 10, Elman Quliyevə isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası veriblər».


Ramiz Məmmədovun sözlərinə görə, bu, qanunvericiliyə ziddir. Qanun birbaşa göstərir ki, proses qapalı keçsə də, hökm bütün hallarda açıq elan edilməlidir.


Vəkil deyir ki, bu hökmdən apellyasiya şikayəti verəcəklər.


Ötən il dekabrın 13-də başlayan proses qapalı keçirilirdi. İyunun 6-da dövlət ittihamçısı məhkəmədən Novruzəli Məmmədovun 12, Elman Quliyevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.


Məmmədov və Quliyev 2007-ci ilin fevralında vətənə xəyanətdə və İran kəşfiyyat orqanları ilə əməkdaşlıqda təqsirli bilinərək həbs olunmuşdular.
Vəkil Ramiz Məmmədov məhkəmənin Elman Quliyevin istəyi ilə qapalı keçirildiyini bildirmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG